Məşhurları heç belə görməmisiniz - ATV-dən yeni layihə

Məşhurları heç belə görməmisiniz -  ATV-dən yeni layihə
3822 dəfə oxunub
  • A-
  • A
  • A+
Sənət aləminin tanınmış simalarının sosial şəbəkədə yayılan fərqli imicdə olan fotoları diqqət çəkib.
 
Axşam.az-ın əldə etdiyi məlumata görə, onlar ATV-nin yeni layihəsi üçün kamera qarşısına keçiblər. Belə ki, dünyada məşhur olan “İki ulduz” adlı layihə Azərbaycanda da yayımlanacaq. Proqramın aparıcısı Cavid Gül olacaq.

Münsif kürsüsündə əməkdar artist Mehriban Zəki, şair Baba Vəziroğlu, “Soy prodakşn”ın rəhbəri Oqtay Əliyev, bəstəkar Faiq Sücəddinov əyləşəcək.
 
Verilişin iştirakçıları əməkdar artist Elza Seyidcahan, müğənnilər Xatirə İslam, Lətifə Soyuöz, Faytonçu Nazim, Vasif Məhərrəmli, Rəvan Qarayev, rəqqasə Fatimə Fətəliyeva, Aşıq Samirə Əliyeva, aktyor İslam Mehrəliyev və başqaları olacaq. Onlar fərqli səhnəciklər nümayiş etdirəcəklər.