Şener Şen şikayətləndi: "Təklif gəlmir"

Şener Şen şikayətləndi: "Təklif gəlmir"
2750 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur türk aktyor Şener Şen restoranlardan birindən çıxarkən jurnalistlərin suallarını cavablandırıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor uzun zamandır heç bir filmdə rol almamasının səbəbini təklif almaması ilə əlaqələndirib.

Ş.Şen “Yaxın zamanda siz hansısa serialda rol alacaqsınızmı” sualına “Xeyr" cavabını verib.

Onun bu cavabı “İçerde” serialında oynayacağı ilə bağlı iddiaları da təkzib edib.

Qeyd edək ki, bir neçə gün öncə mətbuatda Ş.Şenin “İçerde” serialında oynayacağı ilə bağlı xəbərlər yazılmışdı.