“Onun atası” Hindistanda

“Onun atası” Hindistanda
2217 dəfə oxunub
  • A-
  • A
  • A+

Zamin Məmmədovun “Onun atası” filmi Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalına dəvət alıb.

Axşam.az xəbər verir ki, filmi festivalın qısametrajlı bədii filmlərin əsas müsabiqə proqramında yer alıb.

Festival 3-9 dekabr tarixlərində Yeni Delhi şəhərində keçiriləcək.

“Onun atası” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Qeyd edək ki, filmin beynəlxalq premyerası İtaliyanın 17-ci ASIATICA, Encounters with Asian Cinema Film Festivalında baş tutub.

Filmin ssenari müəllifi Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar.