Kafedə Bakı sakininin başına oyun açdılar - video

Kafedə Bakı sakininin başına oyun açdılar - video
12823 dəfə oxunub
  • A-
  • A
  • A+

Emil Əmiraslanov adlı Bakı sakini, bir qrup fırıldaqçının əməlini üzə çıxardıb.

Axşam.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Bakıda bir neçə qadın sosial şəbəkələrdə insanlara tanışliq təklif edir, görüşəndə isə həmin şəxsləri əlbir olduqları kafeyə aparırlar.

Çay, yaxud meyvə şirəsi sifariş verən həmin qadınlar 3-5 dəqiqədən sonra bir bəhanə ilə oradan çıxır. Kafenin işçiləri isə müştəriyə yaxınlaşıb deyir ki, xanım 200-300 manatlıq bahalı içki içib və hesabı ödəmək lazımdır. Dünən bununla bağlı bir video-müraciət yayılıb.

Emil Əmiraslanov adlı Bakı sakini internetdə yaydığı videoda fırıldaqçılığın yeni növündən danışır. Eminin tanışı sosial şəbəkədə bir qızla tanış olub. Dostu xanıma zəng edib və görüş təyin ediblər. Qadının təklifi ilə metronun “Nizami” stansiyası yaxınlığındakı binalardan birinin zirzəmisində yerləşən kafedə oturublar.

Həmin şəxs ofisiantdan soruşub ki, “Bu qədər hesab 3 dəqiqənin içində necə yaranıb?”. İnternetdə tanış olduğu qız isə yoxa çıxıb. Oğlana məcbur ediblər ki, hesabı ödəməlisən. Pulu olmayanda bahalı əşyalarını və ya telefonunu alindən alacaqlarını deyiblər. Burdan məlum olur ki, həmin qızla kafenin işçiləri əlbir olub insaları tora salmaqla məşğuldur.

Məsələ ilə bağlı Bakı şəhər baş Polis İdarəsində “XəzərXəbər”ə bildirdilər ki, paylaşılan videodan sonra həmin qadının axtarışına başlanılıb. Onun kimliyi bəlli olandan sonra məsələyə hüquqi qiymət veriləcək.