Səyyad Əlizadə reanimasiyaya yerləşdirildi

Səyyad Əlizadə reanimasiyaya yerləşdirildi
18642 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb.

Axşam.az-ın məlumatına görə, bu barədə ifaçının yaxınları azadinform-a məlumat verib.

Onların sözlərinə görə, S.Əlizadənin halı saat 23:00 radələrində qəfildən pisləşib.

Müğənnini evində müayinə edən təcili yardım həkimləri onu C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə gətirib. Reanimasiya şöbəsindən verilən məlumata görə isə Səyyad Əlizadənin səhhəti ilə bağlı hələ ki, dəqiq diaqnoz qoyulmayıb:

“Evdə idi. Qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq, onlar isə bura gətirməyi qərara aldı. Çox güman ki, ürək-damar sistemində blokada yaranıb”, - deyə müğənninin ailə üzvləri deyib.