Fahriye və Burak gizlicə evlənib? - fotolar

Fahriye və Burak gizlicə evlənib? - fotolar
7909 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən məşhurlar İstanbulda Uğur Aslanın konsertində iştirak ediblər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, gecədə Fahriye Evcen və Burak Özçivit cütlüyü də iştirak edib.

Sonda jurnalistlərə açıqlama verən aktyor "İçəridə əylənib qurdlarımızı tökdük, Fahriye də səhnəyə çıxıb oxudu. Tək olanda həyat yoldaşım mənə həmişə mahnı oxuyur. Səsi çox gözəldir" deyib.

Evcen də utanaraq "Söylədiklərinə qatılıram" cavabını verib. Burakın aktrisa haqda "Həyat yoldaşım" sözünü işlətməsi onların gizlicə evləndiyini yenidən gündəmə gətirib.

Qeyd edək ki, yayda ikilinin ölkə kənarında rəsmən ailə qurduğu xəbəri yayılmışdı.