"O səs Türkiyə" münsiflərinin həftəlik qazancı - siyahı

"O səs Türkiyə" münsiflərinin həftəlik qazancı - siyahı
15664 dəfə oxunub
  • A-
  • A
  • A+
Acun İlıcalının sahibi olduğu TV8-də yayımlanan "O səs Türkiyə" münsiflərinin aldıqları məbləğ açıqlanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, oktyabrdan başlayan yeni mövsümdə münsiflər heyətinə daxil olan Sibel Can həftəlik olaraq 100 min lirə (təxminən 50 min manat) alır.



Münsiflər heyətinin ən köhnə üzvləri Hadisə və Murad Bozun həftəlik qazancı keçənilki kimidir. Onlar bu mövsüm də 85 min lirə (təxminən 42 min manat) qazanırlar.



"Athena" qrupunun üzvləri olan Gökhan və Hakan Özoğuz əkiz qardaşları isə ümumilikdə həftəlik 90 min lirə (təxminən 45 min manat) alırlar.



Üç ildir münsiflər heyətində yer alan, bu mövsüm isə verilişdən ayrılan Ebru Gündeş isə keçən il həftəlik 100 min lirə (təxminən 50 min manat) alırdı.