Kamilə atasının faciəli ölümündən danışdı - video

Kamilə atasının faciəli ölümündən danışdı -  video
5692 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Kamilə Babayeva efirdə göz yaşlarını saxlaya bilməyib.

Axşam.az-ın məlumatına görə, o, aparıcısı olduğu “5-ci element” verilişində atası ilə bağlı xatirələrini danışıb. Aparıcı bildirib ki, atası faciəli şəkildə dünyasını dəyişib:

“Atam tibbi ekspert idi. Bir gün 18 yaşda gənc qız meyiti gətirirlər. Baxışdan sonra müəyyən qeydlər edəsi olur. Arxasını meyitə çevirib qeydlərini edəndə, meyitin qolunda refleks baş verir, qolu atamın çiyninə düşür. O, bundan qorxur.

Gecə maşına oturub, Qax tərəfə gedirmiş. Birdən güzgüdə həmin qızın simasını görür, "qız arxada otubmuş" kimi hiss gəlib. Bu zaman qəza baş verir. Meşə ərazisində olduğu üçün maşın ağaclara çırpılır. Avtomobil yararsız halda olub. Atamı səhər saatlarında tapıblar. Həmin hadisədən sonra səhhəti pisləşir. Bir müddətdən sonra dünyasını dəyişdi".