Tom Kruz 4 il sonra qızı ilə görüşüb

Tom Kruz 4 il sonra qızı ilə görüşüb
2258 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktyoru Tom Kruz 2012-ci ildə qızı Surinin anası, aktrisa Keti Holmsdan boşanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, həmin vaxtdan Kruzun bağlı olduğu "Scientology" adlı təriqət ona qızı ilə görüşməyi qadağan edib.

Ancaq son günlər aktyorun təriqətdən gizli olaraq qızı ilə görüşdüyü ortaya çıxıb. Onların 4 il sonra görüşdüyü, lakin bunu hər kəsdən gizlətdikləri deyilir.

Bir neçə gün əvvəl Tom "Jack Reacher 2: Never Go Back" filminin Londonda baş tutan qala gecəsində iştirak edib. Jurnalistlərlə söhbəti zamanı o, "Scientology" haqda danışaraq həyatını bu təşkilata borclu olduğunu deyib:

"Bu inanc həyatımda mənə inanılmaz dərəcədə kömək edib. 30 ildir ki, ona inanıram. "Scientology" təriqət olmasaydı, burada ola bilməzdim".