Bergüzar və Halit həyəcanla başladı - video

Bergüzar və Halit həyəcanla başladı - video
4023 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən Bergüzar Korel və Halit Ergençin baş rollarını paylaşdığı "Vatanım sensin" serialının ilk seriyası yayımlanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serial ilk gündən "Total" reytinqdə ikinci pilləyə yüksələrək cümə axşamları reytinqdə liderlik mübarizəsinə qoşulub. AB reytinqdə isə birinci olan "Vatanım sensin" həftələrdir lider olan "Yüksek Sosyete"ni "taxtından salıb".

Ekran işi yayımlandığı anda məşhurlar başda olmaqla Tvitter istifadəçiləri serial haqda fikirlərini yazıblar. Demet Akalın, Reyhan Karaca, Ece Erken, Aras Bulut İynemli, Murat Yıldırım kimi ulduzlar Bergüzar və Halitin performansını yüksək qiymətləndiriblər.

Serialın sonunda Minbaşı Cevdetin silahını öz oğlu Ali Kamala tuşladığı səhnə həyəcanla izlənilib.