"Fəxri ad almışam, məsuliyyətim artıb" - Ülviyyə Könül

"Fəxri ad almışam, məsuliyyətim artıb" -  Ülviyyə Könül
1220 dəfə oxunub
  • A-
  • A
  • A+

“Nadir hallarda klip çəkirəm, əsasən, filmlər lentə alıram. Amerikada çəkdiyim “Həddən artıq uyğunluq” filminin hazırlıqları başa çatıb. Dekabrda təqdimat olacaq”.

Bu sözləri Axşam.az-a açıqlamasında rejissor, əməkdar mədəniyyət işçisi Ülviyyə Könül deyib.

Yeni filmindən danışan rejissor klip çəkməməsinin səbəbini açıqlayıb:

“Film Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Kinostudiyasının sifarışi ilə çəkilib. Romantik komediya janrındadır. Böyük film çox vaxt tələb edir. Ona görə də klip çəkməyə vaxtım qalmır. Həm də bu yaxınlarda fəxri ad aldım. Artıq məsuliyyətim artıb, böyük işlərə imza atmalıyam. Şou-biznesdən mədəniyyətə keçdim. Həm də yaş öz sözünü deyir, artıq ciddi işlərlə məşğul olmaq vaxtıdır”.

Ü.Könül bildirib ki, “Zima” musiqi festivalının rejissoru kimi çalışmağa başlayıb. 

Rejissor klip sahəsindəki zəiflikdən də söz açıb:

“O vaxtki klip bazarı öldü, getdi. Yeni nəfəslər, səslər başladı. Yeni ifaçılardan az adamlarla çalışıram. Sözlərini demiş müğənnilərin çoxu xaricdə klip çəkdirir. Bunlar Aygün Kazımova, Röya Ayxandır. Zülfiyyə Xanbabayeva isə heç klip çəkdirmir. Telekanalları izləmirəm. Sosial şəbəkədə qarşıma nə çıxırsa, ona baxıram”.