3 yaşlı qızına ayda 5 min xərcləyir - fotolar

3 yaşlı qızına ayda 5 min xərcləyir - fotolar
4098 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərədə yaşayan Sami Buşel adlı qadın 3 yaşlı qızı Helli Meinin geyiminə və makiyajına aylıq 5-6 min dollar xərcləyir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gənc ana qızını sosial şəbəkədə bir gözəllik yarışmasına qataraq onu "şahzadələr kimi" geyindirir, saç ustasına aparır, xüsusi sifarişlə parik alır, yüngülcə makiyaj edir.

Sami bunun "məsum əyləncə" olduğunu və qızını "kiçik gözəllik şahzadəsi" edəcəyini deyib. Mütəxəssislər isə uşaqların kosmetikadan istifadəsini təhlükəli saydıqları üçün ananı sərt tənqid ediblər. S.Buşel tənqidlərə də cavab verib:

"Qızımı heç nəyə məcbur etmirəm. İstəməsə, onu səhnəyə çıxarmaram. Heç kimin fikri vecimə deyil. Bu, mənim həyatım, mənim qızımdır".