Dünyanın ən yaşlı aktyoru vəfat etdi

Dünyanın ən yaşlı aktyoru vəfat etdi
781 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın məşhur aktyoru Vladimir Zeldin 102 yaşında dünyasını dəyişib.

Axşam.az-ın rus mətbuatına istinadən məlumatına görə, uzun müddətdir müalicə alan əfsanəvi sənətçi bu səhər vəfat edib. Həyat yoldaşı İvetta bildirib ki, akyor 3 həftə hərbi hospitalda müalicə alıb.

Qeyd edək ki, onlarla filmə çəkilən aktyor keçən il də kamera qarşısına keçərək sənədli filmdə yer alıb. O, dünyanın ən yaşlı aktyoru idi.