Xalq artisti meyxanaçı Samirənin bibisi imiş - foto

Xalq artisti meyxanaçı Samirənin bibisi imiş - foto
16574 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Samirə bibisi, tənha yaşayan xalq artisti Səfurə İbrahimova ilə bağlı AzVision.az-ın suallarını cavablandırıb.

Axşam.az müsahibəni təqdim edir:

- Bibinizlə sonuncu dəfə nə vaxt əlaqə saxlamısınız?

- Bibimlə əlaqə saxlaya bilmirəm. Gediş-gəlişimiz yoxdur. Bibim heç kimi yaxına buraxmır, zənglərə cavab vermir. Cəmi bir dəfə onun evində qalmışam. O zaman evimizi satmışdıq, hamilə idim. Bibim icazə verdi, 10 gün onunla qaldım.

-Səfurə xanım digər qohumlarla da əlaqələri kəsib?

- Bəli. Qohumlardan heç kimi yaxına buraxmır. Bibim tək qalsa da, özünə baxan qadındır. O, bir dəfə yediyi yeməyi ikinci dəfə yemir. Səhhəti pis deyil, sadəcə insanlarla əlaqəni kəsib, tək yaşayır. Çoxları inanmır ki, Səfurə İbrahimova bibimdir, amma etiraf edirəm ki, o, mənim doğma bibimdir.

-Bibinizin insanlardan uzaqlaşmasına səbəb nədir?

- Bibimin kiçik problemi vardı, ondan stressə düşdü. Səbəbini bizdə dəqiq bilmədik. Həmin vaxtdan hamıdan üz döndərdi.

-Səfurə xanımın gənclik illərini xatırlayırsınızmı?

- Gəncliyini yaxşı xatırlayıram. Bibim “Sevil”obrazına çəkiləndə evdə söz -söhbət oldu. Qardaşları buna etiraz edirdilər, “vuracağıq, öldürəcəyik” deyirdilər. Həmin vaxtlar bakılılar qızın aktrisa olmağına pis baxırdılar. Bibim bizə gəldi, atama digər qardaşlarından şikayət etdi ki, işləməyə imkan vermirlər. Atam dedi ki, bu qız aktirsadır, ondan nə istəyirsiniz? Araya girdi, davanı, söz-söhbəti sakitləşdirdi.

- Səfurə xanımın ailəsini sənətinə qurban verməsi haqda deyilənlər doğrudurmu?

- Bəli, həyat yoldaşı Rəcəb onu çox sevirdi. Bibimin bir nömrəli fanatı idi. Səfurə xanım çox gec ailə qurub. O, heç kimi bəyənmirdi, elçilərə “yox” deyib, kor-peşman edirdi.

Rəcəb müəllimlə evlənəndən sonra çox xoşbəxt idilər. Həyat yoldaşının işi Rusiyada idi. Rəcəb müəllim bibimə onunla birlikdə Rusiyaya getməyi təklif etdi. Bibim etiraz etdi, sənətini atıb gedə bilməyəcəyini dedi. Həyat yoldaşından ayrılandan sonra stress keçirdi. Onlar bir-birilərini sevirdilər. Heyif, övladları da olmadı. O,özü deyirdi ki, mən ailəmi sənətimə qurban verdim.

-Bibinizin teatrdan uzaqlaşmasına səbəb nə oldu?

- Teatrdan neçə il yığılıb qalan pulunu belə almırdı. Zəng edirdilər ki, gəl, pulunu götür. Teatrda kimsə onun xətrinə dəymişdi. Bibim buna görə də sənətindən incimişdi, teatra da getmirdi. Halbuki, teatrla, sənəti ilə nəfəs alırdı.

-Eşitdiyimə görə, qohumları ilə müasibətinin kəsilməsinə səbəb ev məsələsi olub. Bu, doğrudurmu?

- Yox, qohumlarla ev problemi olmayıb.