“Rus Kainat gözəli” Aksana Federova ABŞ-da seçki kampaniyası ərəfəsində prezidentliyə namizəd Donald Trampı təhqir etməyə məcbur edildiyini söyləyib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, model Donald Trampı prezident seçilməsi münasibəti ilə təbrik edib və zamanında ona qarşı dediyi təhqiramiz ifadələrə ABŞ mətbuat orqanları tərəfindən məcbur edildiyini bildirib.
“1996-2015-ci illər ərzində “Kainat gözəli” yarışmasının hazırlıq işləri ilə maraqlanan Donald Tramp, eyni zamanda, mənim səyahətlərimlə də maraqlanıb. 35 ilə yaxın Trampla işləmişəm. Bu da bir çox suallara cavabdır”, - deyə Federova açıqlayıb.