Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi
1636 dəfə oxunub
  • A-
  • A
  • A+
Rok musiqisinin əfsanəvi adlarından olan Leon Rassel ABŞ-ın Tennesse ştatında dünyasını dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 4 ay əvvəl ürək əməliyyatı keçirən 74 yaşlı musiqiçi yuxusunda vəfat edib.

O, ən son iyulun 10-da Naşvil şəhərində konsert vermişdi.

Qeyd edək ki, Rassel karyerasına pianoçu kimi başlamış, "Tight Rope" və "Lady Blue" kimi mahnılara imza atıb. O, Con Lennon, Elton Con, George Harrison kimi musiqiçilərlə bir işləmiş, onlar üçün ən çox mahnı bəstələyən bəstəkar olmuşdur. Sənətdə olduğu dövrdə 35 alboma imza atan Rasselin ən məşhur mahnısı "A Song For You" Neil Diamond, Ray Charles, "the Carpenters", "the Temptations", Aresa Franklin tərəfindən səsləndirilib.