Bakıdan Londona uçuşun qiyməti endirildi - 100 avro

Bakıdan Londona uçuşun qiyməti endirildi -  100 avro
968 dəfə oxunub
  • A-
  • A
  • A+

«Azərbaycan Hava Yolları» QSC (AZAL) London istiqamətindəki aviareyslərinə aviabiletlərə güzəştli tariflər tətbiq etmə kampaniyasını davam edir. 

Axşam.az-ın məlumatına görə, bu barədə AZAL-ın rəsmi saytında xəbər verilib.

Yeni tarif əsasında Bakı-London-Bakı istiqamətində olan birtərəfli aviabiletlərin qiyməti 100 avro təşkil edəcək (tarifə vergi və rüsumlar daxil deyil). Şərtlərə əsasən, bu tarif «gediş-dönüş» aviabiletləri üçün nəzərdə tutulub və yalnız ilkin uçuş Bakı şəhərindən olduğu halda rəsmiləşdirilir. Tarif 2013-cü il martın 10-dək olan uçuşlar üçün nəzərdə tutulub.