Məşhurlar Hamlet Xanızadənin yubileyində - fotolar

Məşhurlar Hamlet Xanızadənin yubileyində -  fotolar
1087 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Hamlet Xanızadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Axşam.az-ın xəbərinə görə, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında baş tutan yubiley gecəsinə tanınmışlar da qatılıb. Onlar arasında xalq artistləri Fuad Poladov, Rafiq Əzimov, Rasim Balayev, Nurəddin Mehdixanlı, Flora Kərimova, əməkdar artist Sənubər İsgəndərli, aparıcı Rahib Azəri və başqaları yer alıb. 

Tədbirdə H.Xanızadənin çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub, Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin "Fantaziya" skripkaçılar ansamblının, Mərdəkan Mədəniyyət Sarayının muğam üçlüyünün, "Lalələr" rəqs ansamblının ifaları səsləndirilib.

Teatr və kino aktyorları sənətkarın həyat və yaradıçılığı ilə bağlı xatirələrini bölüşüblər. Sonda Hamlet Xanızadənin qızı Xumar Xanızadə təşkilatçılara və qonaqlara təşəkkürünü bildirib.