Azərbaycanlı aktyorlar Rusiyada fəxri ad aldılar - fotolar

Azərbaycanlı aktyorlar Rusiyada fəxri ad aldılar - fotolar
984 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Gənc Tamaşaçlar Teatrının yaradıcı heyəti Rusiyanın Kalmıkiya Respublikasında qastrol səfərini uğurla başa vuraraq Azərbaycana dönüb.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, noyabrın 5-dən start götürən bu dəfəki qastrol səfəri B.Basanqov adına Kamık Milli Dram Teatrının 80-ci yubileyinə təsadüf edib.

Kalmık Milli Dram Teatrının səhnəsində baş tutan yubiley gecəsinə RF-in Teatr Xadimləri İttifaqı nümayəndələrinin, RF Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, mədəniyyət müəssisələrinin və digər dəvət olunmuş teatr kollektivlərinin iştirakı ilə təntənəli şəkildə keçirilib.

Qastrol səfərinin təntənəli bağlanış mərasimində Əməkdar Artist Şövqi Hüseynov və aktyor İlham Əsədov Kalmıkiya Respublikasının Əməkdar Artisti Fəxri adına, aktyor Elnur Kərimov “Stanislavski” medalına layiq görülüblər.

Bundan başqa Əməkdar Artistlər Naibə Allahverdiyeva, Nəsibə Eldarova, aktyorlar Elnur Hüseynov, Sona Babayeva, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Səbinə Məmmədova, Mehriban Hüseynova, Ramil Məmmədov Kalmıkiya və Azərbaycan arasında “mədəni əlaqələrin genişləndirilməsi və inkişafındakı” xidmətlərinə görə Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının diplomları və fəxri fərmanları ilə təltif olunublar.