Gənc Tamaşaçılardan məktəblilərə hədiyyə

Gənc Tamaşaçılardan məktəblilərə hədiyyə
545 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı məktəblilərin payız tətili günlərinin maraqlı və yaddaqalan keçməsi üçün yeni və rəngarəng repertuarla çıxış edəcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, noyabrın 15-dən 21-dək məktəblilər sənət ocağında müxtəlif janrlı səhnə əsərləri izləyəcəklər.

Belə ki, teatr noyabrın 15-də “Əlincə qalası”, noyabrın 16-da “Qaraca qız”, noyabrın 17-də “Dəcəl keçi”, noyabrın 18-də “Buratinonun macəraları”, noyabrın 19-da “Balaca və damda yaşayan Karlson” tamaşaları ilə məktəblilərin görüşünə gələcək.

Noyabrın 20-də isə teatrın repertuarında yeni səhnə əsəri sayılan “Uzuncorab Peppi” tamaşası təqdim olunacaq.