“Toy gecəsi” birinci oldu

“Toy gecəsi” birinci oldu
4726 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlunun yeni yayıma başlayan “Toy gecəsi” serialının ilk bölümü rekorda imza atıb.

Axşam.az xəbər verir ki, sənətçi bunla bağlı sevincini sosial şəbəkədə bölüşüb:

“İndicə sevindirici xəbər aldım. ATV telekanalında yayımlanan “Toy gecəsi” serialımız 14,85 reytinqlə ölkə üzrə birincilik qazanıb. Yəni bütün veriliş və filmləri üstələyib. Bu, mənim üçün böyük hədiyyədir. Bütün yaradıcı heyətə, dəstək olanlara, ən əsas da bizə inanıb izləyənlərə dərin minnətdarlığımızı bildirirəm. Çox sağ olun. Allahım şükürlər olsun”.

Qeyd edək ki, Namiq açıqlamasında serialın maraqla qarşılanmayacağı təqdirdə çəkilişlərə davam etməyəcəyini demişdi.

Bu xəbərdən sonra isə onun aktyorluq karyerasına davam edəcəyi görünür.