“Qürbətdən gələn məktublar” yenidən nümayiş olunub

“Qürbətdən gələn məktublar” yenidən nümayiş olunub
212 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-diplomat Həsən Həsənovun “Qürbətdən gələn məktublar” əsəri əsasında səhnələşdirilmiş eyniadlı ikihissəli dram-tamaşa nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, səhnə əsəri xalq artisti, kinorejissor Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanıb. Tamaşanın quruluşçu rəssamı əməkdar mədəniyyət içisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada əsas rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova ifa edib. Səhnə əsərində Mirzə Fətəli Axundzadənin obrazını xalq artisti Ramiz Məlik canlanıdırıb.

Bu günümüzlə səsləşən tamaşa M.F.Axundzadənin oğlu Rəşidin həyatından, onun ailəsi və cəmiyyəti qarşısında olan vəzifələrindən bəhs edir.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə teatrın səhnəsində 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub. Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını ilk dəfə xalq artisti Əliabbas Qədirov, sonra isə İlham Əsgərov canlandırıb.