“Qremmi” mükafatı alan ifaçı Bakıda konsert verəcək

“Qremmi” mükafatı alan ifaçı Bakıda konsert verəcək
964 dəfə oxunub
  • A-
  • A
  • A+
Oktyabrın 31-də Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Sarayında müasir cazın dünya şöhrətli ifaçısı, bəstəkar, amerikalı Markus Millerin solo konserti keçiriləcək.

Axşam.az xəbər verir ki, bas gitara, saksafon və klarnetdə mahir ifaları ilə fərqlənən musiqiçi, dəfələrlə nüfuzlu “Qremmi” mükafatına layiq görülüb. Artıq satışa çıxarılan biletləri şəhərin kassalarından əldə etmək mümkündür. Saat 19:00- da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manatdır.

Qeyd edek ki, Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə 2013-cü il 23 oktyabr-2 noyabr tarixlərində Bakıda keçiriləcək. Festival çərçivəsində dünyanın tanınmış caz ifaçıları şəhərimizin qonağı olacaq.