Nəsibə Zeynalovanın filmləri kinoteatrda - giriş pulsuzdur

Nəsibə Zeynalovanın filmləri kinoteatrda - giriş pulsuzdur
796 dəfə oxunub
  • A-
  • A
  • A+

Nizami Kino Mərkəzində xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar film nümayişləri keçiriləcək.

Mərkəzdən Axşam.az-a verilən məlumata görə, gülüş ustasının çəkildiyi filmlər həftə ərzində göstəriləcək. Belə ki, noyabrın 23-də “Bəyin oğurlanması” milli komediyası, 24-də əfsanəvi “Bizim Cəbiş müəllim” , 25-də “Qanun naminə” bədii filmləri və 26-da “Qayınana” komediyası şəhər sakinlərinə və şəhərin qonaqlarına təqdim olunacaq.

Filmlərə giriş sərbəstdir.