Fikrət Əmirovun 94 illiyi qeyd olunub - foto

Fikrət Əmirovun 94 illiyi qeyd olunub - foto
220 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, Fikrət Əmirovun adını daşıyan 6 nömrəli onbirillik Uşaq İncəsənət Məktəbində bəstəkarın anadan olmasının 94 illiyi münasibətilə tədbir təşkil keçirilib.

İdarədən Axşam.az-a verilən məlumata görə, öncə məktəbin nəzdində Fikrət Əmirov adına muzeyin açılışı olub. Sonra qonaqlar məktəb şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra məktəbin akt zalında “Fikrət Əmirovun musiqisini ifa və təhlil edirik” adlı elmi ifaçılıq konfransı öz işinə başlayıb. Fikrət Əmirovun “1001 gecə” baletindən “Şəhrizadın rəqsi”, “Uşaq lövhələri”, “Skertso”, “Elegiya”, “Sevilin ariyası”, “Lirik rəqs” və digər əsərləri səsləndirilib.

Bəstəkarın oğlu Cəmil Əmirov ailəsi adından tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək məktəbə xatirə hədiyyələri təqdim edib. Tədbir “Min bir gecə” baletinin musiqisi əsasında rəqs ifaçılığı ilə yekunlaşıb.