"Açıq libaslarda özümü rahat hiss etmirəm"

"Açıq libaslarda özümü rahat hiss etmirəm"
4067 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Gülyanaq Məmmədova qarderobundan danışıb.

O, Axşamaz saytına açıqlamasında alış-veriş üçün hər zaman Türkiyəyə getdiyini bildirib. Bacısı Gülyaz Məmmədovanın və özünün səhnə geyimlərini qardaş ölkədən gətirən sənətçi bunun ucuz başa gəlmədiyini etiraf edib:

“Əvvəl burada modelyerimiz var idi, geyimləri tikdirirdik. Amma hər dəfə qüsurlar olurdu, libas keyfiyyətsiz görünürdü. Buna görə də qərara aldıq ki, gedib Türkiyədən gətirək. Düzdür çox açıq-saçıq olurlar. Amma müəyyən yerlərini burada düzəltdiririk. Mən bu cür açıq libaslarda özümü rahat hiss etmirəm. Xanım hər zaman öz qapalılığını qorumalıdır.

Qardaş ölkədən libas almaq elə də ucuz başa gəlmir. Müsbət cəhəti odur ki, həm keyfiyyətlidir, həm də burada başqasında görmürsən. Hərdən Gülyazla burdanda gündəlik geyimlər alırıq. Paltarın ucuz və ya baha olması önəmli deyil. Əsas bizə yaraşsın”.