Tahir Salahovun ad günü qeyd edilib - fotolar

Tahir Salahovun ad günü qeyd edilib - fotolar
439 dəfə oxunub
  • A-
  • A
  • A+

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Tahir Salahovun ev muzeyi tərəfindən görkəmli rəssamın ad gününə həsr edilmiş “Nəsillərin qovuşması” tədbir keçirilib.

Bu barədə Axşam.az-a İdarədən məlumat verilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, T.Salahov əsərləri bu gün də dünyanın bir çox muzeylərini bəzəyir, fərdi sərgiləri böyük maraqla qarşılanmaqla yanaşı sənət aləmində hadisəyə çevrilir.

T.Salahovun ev-muzeyində sənətkarın öz əsərləri ilə yanaşı, onun yaradıcılığından təsirlənən gənc rəssamların da rəsm əsərləri təqdim olunub. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də musiqili proqramla çıxış ediblər.