Colinin BMT-də vəzifə tutması məsələsinə aydınlıq gətirildi

Colinin BMT-də vəzifə tutması məsələsinə aydınlıq gətirildi
1838 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ancelina Colinin BMT-də vəzifə alması ilə əlaqədar Britaniyaya köçməsi məsələsinə aydınlıq gətirilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu gün aktrisanın mətbuat xidməti yayılan xəbərlərə belə münasibət bildirib:

"Bu tamamilə yalan və əsassız xəbərdir. Ancelina Amerikanı tərk edib Britaniyaya yerləşmək barədə düşünmür. O, hazırda həyat yoldaşı ilə boşanma işlərini yoluna qoymağa çalışır və Malibuda uşaqları ilə birlikdə yaşamaq üçün ev axtarışındadır. Bundan başqa, Coli "Əvvəlcə onlar mənim atamı ödürüblər" adlı filminin təqdimatına hazırlaşır. Bu səbəbdən gəzən söz-söhbət yalandır".

Qeyd edək ki, ötən gün aktrisanın 6 övladı ilə birlikdə ABŞ-ı tərk edib Britaniyaya köçməsi və orada BMT-də vəzifə tutması barədə mediada xəbərlər yayılmışdı. Bildirilirdi ki, əgər Coli "üzərinə düşən öhdəlikləri düzgün yerinə yetirsə", o, BMT-nin baş katibi olacaq.