Barak və Mişel Obamalar siyasətdən gedirlər? - fotolar

Barak və Mişel Obamalar siyasətdən gedirlər? - fotolar
3386 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama "People" jurnalının üz qabığına çəkiliblər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, çəkilişlə yanaşı jurnala müsahibə verən cütlük gələcək planlarından da danışıb.

Mişel Obama siyasətlə qəti maraqlanmadığını və bundan sonra bu sahə ilə əlaqəsi olmayacaq işlərlə məşöul olacağını bildirib.

"Heç vaxt siyasətə marağım olmayıb. Seçkilər zamanı da gedib yatdım. Yalnız ərimə görə bəzi siyasi məqamlara dözürdüm", - deyə Mişel vurğulayıb.

Prezident seçkiləri zamanı Hilari Klintonu dəstələyən cütlük Donald Tramp barədə söyləyib:

"Seçən xalqdır. Ona görə xalqın seçiminə hörmət edirik. Bundan sonra ölkəmiz naminə yeni seçilmiş rəhbərə də dəstəyik".