Ərdoğan onun şəklini çəkən fiziki qüsurlu qıza belə təşəkkür etdi - video

Ərdoğan onun şəklini çəkən fiziki qüsurlu qıza belə təşəkkür etdi - video
6795 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ağ-qara rəsmini çəkərək ona hədiyyə edən  fiziki qüsurlu qıza telefonda təşəkkürünü bildirib.

Axşam.az-ın "İHA"ya istinadən məlumatına görə, prezidentin ona zəng edərək danışmasından sonra fiziki qüsurlu Gülşah həyəcandan və xoşbəxtlikdən gecə yata bilməyib.

Anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkən 22 yaşlı Gülşah Ərdoğanın rəsmini bir gecədə öz əlləri ilə çəkib.