Cey Lo yenidən Mark Entoniyə ərə gedir

Cey Lo yenidən Mark Entoniyə ərə gedir
4131 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni Cennifer Lopez ərə getməyə hazırlaşır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Latin Grammy Awards" mükafatlandırma mərasimində Cey Lonun keçmiş əri Mark Entoni ilə birlikdə çıxış etməsi və sonda öpüşmələri medianı silkələmişdi.

Ondan sonra məlum olub ki, Mark əkiz uşaqları – Emmi və Maksın anası, birinci həyat yoldaşı Cenniferlə yenidən evlənmək niyyətindədir.

Lopezin də keçmiş əri ilə yenidən evlənməyə qarşı olmadığı iddia olunur.

Qeyd edək ki, Cennifer keçmiş sevgilisi, rəqqas  Kasper Smartdan yay aylarından ayrılıb. Mark Entoninin də Şanon Limadan yaxın günlərdə ayrılması ilə bağlı xəbərlər yayılıb.