İnstaqram istifadəçilərinə şad xəbər

İnstaqram istifadəçilərinə şad xəbər
1824 dəfə oxunub
  • A-
  • A
  • A+

Artıq İnstaqram istifadəçiləri öz şəkillərinə yazılan şərhləri deaktiv edə biləcəklər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onlar, eyni zamanda,  fotoxidmətdə bəyəndikləri şərhləri "like" etmək imkanı qazanacaqlar.

İnstaqram xidmətinin yenilikləri bununla da bitmir. Belə ki, burada istifadəçini "blok" etmədən onu abunəçilər siyahısından silmək mümkün olacaq və bu halda istifadəçi heç bir xəbərdarlıq almayacaq.

Mobil proqramın yeni versiyası bəzi istifadəçilər üçün dekabrın 6-dan, bəziləri üçün isə bir neçə həftədən sonra aktiv olacaq.