"Hər dəfə biz Bakıya gələndə..." - Alsu "Hər dəfə biz Bakıya gələndə..." - Alsu

 
  08.12.16   09:38                                                                                                                                         a -   A + Müsahibə

Xəbər verdiyimiz kimi, tanınmış rusiyalı müğənni Alsu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə yazılmış “Mən gedim bir az ağlayım” (“Я пойду чуть-чуть поплачу”) mahnısını ifa edib. Bir neçə gün əvvəl Alsu həmin mahnıya çəkilmiş klipi pərəstişkarları ilə paylaşıb.

Axşam.az xəbər verir ki, rusiyalı müğənni Azərtac-ın xüsusi müxbiri ilə söhbətində yeni mahnı üzərindəki işi, Leyla Əliyevanın yaradıcılığı və Bakıdakı pərəstişkarları ilə bir daha nə vaxt görüşəcəyi barədə danışıb.

- Mahnının yaradılması ideyası necə meydana gəldi?

- Əslində, bu mahnının ideyasının hansısa xüsusi yaranma prosesini təsvir etmək mümkün deyil. Heç kim üçün sirr deyil ki, Leyla xanım olduqca yaradıcı insandır və təsirli, duyğulu şeirlər yazır. Onun “Mən gedim bir az ağlayım” şeirini mahnıya köçürdük. Sözlər, melodiya – hər şey daxili vəziyyətimlə üst-üstə düşdü. Ümumiyyətlə, lirik mahnılar mənə daha yaxındır. Buna görə də taleyimdən razıyam ki, repertuarımda “Mən gedim bir az ağlayım” mahnısı var.

- Sosial şəbəkələrdəki rəylərə əsasən görünür ki, mahnının musiqisi və sözləri pərəstişkarlarınızın çox xoşuna gəlib. Belə bir uğuru gözləyirdinizmi?

- Hələ çox az vaxt, yalnız bir neçə gün keçib. Dinləyicinin bu mahnı və klipə münasibətinin necə inkişaf edəcəyini görərik. Mən, ümumiyyətlə, həmişə öz işimin qiymətləndirilməsinə təmkinlə yanaşıram. Buna görə indi tam əminliklə iddia etmək olar ki, premyera baş tutub və mahnı birmənalı olaraq öz tamaşaçısını, auditoriyasını tapıb.

- Bu il Moskvada Leyla Əliyevanın “Ulduzlar pillə-pillə düzülsəydi səmaya” (“Если б звезды ступеньками стали”) şeirlər toplusunun təqdimatı olub. Siz Leyla Əliyevanın yaradıcılığı ilə tanışsınız, yoxsa bu, təsadüfi seçim idi?

– Əlbəttə, tanışam. Sosial şəbəkələr var olsun, hərdən onlardan fayda da gəlir. Leyla Əliyeva tez-tez öz yaradıcılıq nümunələrini “Instagram”da yerləşdirir və mən məmnunluqla onun şeirləri ilə tanış oluram. Təəssüf ki, şeirlər toplusu hələlik məndə yoxdur, amma bir gün müəllif nüsxəsini əldə etməyə ümid edirəm.

– Klipdə yeni obrazdasınız. Bu obrazın yaradılmasına sizi nə həvəsləndirdi?

- Mən çoxdan xüsusi süjeti olmayan məhz ağ-qara video çəkmək istəyirdim. İstəyirdim ki, bu videodakı obrazlar tamaşaçıları düşündürsün. Mahnı üzərində işləməyə başladıqda, mənə elə gəldi ki, məhz bu mahnıya belə bir video çəkmək olar. Klipdə, eyni zamanda, bir neçə tamamilə fərqli obraz var. Onlardan bir hissəsini ilk dəfə “sınaqdan keçirdim”. İstəyirdim ki, hər bir qadın özünü, öz “mən”ini, daxili vəziyyətini bu klipdə tapsın. Axı hamımız fərqliyik. Təkcə zahirən yox, həm də daxilən, şəraitdən, əhatədən asılı olaraq dəyişirik. Biz gah sadə, sevimli, həlim, gah da qəzəbli, kübar gözəlçələr kimiyik... Bax, əslində, klipdə tamaşaçı bütün bu obrazları görür. Axı kim olursaq-olaq, həyatda nə ilə məşğul oluruqsa-olaq, mənəvi yaşantılarımızda hamımız bir-birimizə çox yaxınıq, hər birimiz gözəl və parlaq sevgi arzulayırıq. Hətta zahirən çox güclü görünən və özünə güvənən qadınlar da bəzən ağlayır, onlar da əzab çəkir, hamı kimi onlara da arxa-dayaq, səmimi münasibət lazımdır.

- Siz Azərbaycanda tez-tez olan və arzulanan qonaqsınız. Bakılılar sizinlə görüşü intizarla gözləyirlər. Bakıda çıxış etməyi planlaşdırırsınızmı?

- Çox məmnunam ki, həyat yoldaşımın doğma şəhəri mənə çox nəzakətli münasibət göstərir. Azərbaycanda mənim fan-klubumun sadiq üzvləri var.

Hər dəfə biz Bakıya gələndə, mən çıxış etmək dəvətini böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Ümid edirəm ki, növbəti dəfə istisna olmayacaq.

 
 
 
 
 
Facebook   Twitter   MySpace   Google         1717 dəfə baxılıb
 
 
 

“Bəzi qadın müğənnilər sevgililəri tərəfindən döyülürlər” - “Maqazin Klubu” “Bəzi qadın müğənnilər sevgililəri tərəfindən döyülürlər” - “Maqazin Klubu”
...
21.02.17
Burak Özçivit şəxsi həyatından danışdı: Burak Özçivit şəxsi həyatından danışdı: "Evlilik təklif edəndə..."
...
14.02.17
"Ona 6 dəfə evlilik təklifi etdim" - Kənan Doğulu
...
12.02.17
"Mənsum hərbiyə getməmək üçün bacısının evində gizlənirdi" - xalq artisti+video
...
07.02.17
"Müğənnilərlə isti münasibətim davam edir" - Telman İsmayılovla müsahibə
...
07.02.17
Trampın andiçməsinə qatılan azərbaycanlı xanım: Trampın andiçməsinə qatılan azərbaycanlı xanım: "Məni şəxsən dəvət etdi"
...
02.02.17
"Eminin sürprizi məni ağlatdı" - Araz Ağalarovun xanımı
...
01.02.17
"Sevdiyim xanım var idi, amma..." - Hacı Nuran+müsahibə
...
31.01.17
"ANS-də hamilə olduğumu bilə-bilə mənə elə əsəb yaşatdılar ki..." - Aytən Səfərova+müsahibə
...
31.01.17
“Yeddi oğul istərəm”in Cəlalı: “Yeddi oğul istərəm”in Cəlalı: "Axı kimə maraqlıdır mənim səhhətim?!"
...
27.01.17
"Siqaret və alkoqoldan istifadə etmirəm" - Brilliant+fotolar
...
25.01.17
"Çingiz Mustafayevlə 4 il nişanlı qaldıq" - Lütfəli Abdullayevin qızı
...
24.01.17
“60 yaşında Məcnun, 55 yaşında Leyli ola bilməz” - müsahibə “60 yaşında Məcnun, 55 yaşında Leyli ola bilməz” - müsahibə
...
17.01.17
"Səməd və Firuzə şou-proqramda 50 manata oxuyur" - Əli Mirəliyev
...
12.01.17
2016-cı ilin ən yaddaqalan məqamları, seçilənləri və qalmaqalları - 2016-cı ilin ən yaddaqalan məqamları, seçilənləri və qalmaqalları - "Maqazin klubu"
...
30.12.16
 
 
 
 
Xəbər lenti