"Hacıların hesabına şou-biznesdə at oynadırlar" - Sevinc

"Hacıların hesabına şou-biznesdə at oynadırlar" -  Sevinc
4055 dəfə oxunub
  • A-
  • A
  • A+
"Biri mikofon qaldırır, o biri çətinlikləri Allahın yox, sevgilisinin sayəsində aşdığını deyir. Digəri restoran müdirlərinin hesabına gündəmdə qalır, bəziləri də Hacıların hesabına şou-biznesdə at oynadırlar".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevinc Musayeva deyib.

Sənətçi şou-biznes nümayəndələrini tənqid edib:

"Bəziləri də savadsız veriliş aparırlar. Çoxları isə nə cür video və fotolarla sənətə gəldiyini danır. Gizli ana olurlar, neçə vaxtdan sonra "mən anayam” deyirlər. Evlənirlər, boşanırlar, gəzirlər -  bunu da rahat həzm edirlər. Mənə də deyirlər ki, efirdə az görünürsən. Gündəm budur? Bu çirkinliyin içərisində nə qədər xoşbəxt bir qız olduğumu anladım. Hər şeydən uzaq olmağıma peşman deyiləm. Gündəm, məşhurluq üçün vicdan və mənliyi yerə qoyublar. Allahı, ailəsini, valideynlərini gözə almırlar. Niyə insanlar gözəlliyi, yüksəkliyi və dəyərləri bataqlıqda görürlər?".