Tuba Büyüküstün Dubayda heyran etdi - fotolar

Tuba Büyüküstün Dubayda heyran etdi - fotolar
9154 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Tuba Büyüküstün 13-cü Dubay Beynəlxalq Film Festivalına qatılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 55 ölkədən 156 filmin yer aldığı festivalda 17 qala gecəsi və 16 xüsusi təqdimat baş tutub.

Keçən il olduğu kimi bu il də qırmızı xalçada məşhurlar keçidi olub. Onlar arasında T.Büyüküstün, Samuel L.Cekson, Luke Hemsvort, Cefri Rayt, Endi MakDouell, Ranvir Sinq, Vaani Kapur, Melani Grift, Eva Lonqoriya kimi ulduzlar yer alıb.

Ərəb telekanallarının diqqətini isə daha çox Tuba çəkib. O, geyimi və görünüşü ilə gecəyə damğasını vurub.