Türkiyədə terrorçunun üzərindən məşhur serialın ssenarisi çıxdı

Türkiyədə terrorçunun üzərindən məşhur serialın ssenarisi çıxdı
4719 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə Fətullah Gülənlə əlaqəsi olduğu iddia edilən terror təşkilatının (FETÖ) həbsdə olan üzvlərinin birinin üzərindən "Prison Break" ("Həbsdən qaçış" serialının ssenarisi tapılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ssenari həbsdə olan bir qadına yaxın rəfiqəsi tərəfindən göndərilən bağlama vasitəsi ilə çatdırılıb. Həbsxana işçiləri bundan xəbər tutaraq Ədliyyə Nazirliyinə xəbər veriblər.

Qeydlərin təşkilat üzvlərinin motivasiyasını yüksək saxlamaq üçün istifadə edildiyi də istisna edilmir.

Qeyd edək ki, "Prison Break"in ssenarisinə görə, Maykl prezident köməkçisinin qardaşını öldürməkdə ittihame edilən və edam cəzası verilən qardaşı Linkolnu həbsdə qurtarmaq istəyir. O, bunun üçün cinayət işlədərək həbsxanaya düşür və qardaşı ilə eyni həbsxanaya düşür. Maykl bura gələrkən planlarını qurub və Linkolnla birgə qaçmağa hazırlaşır.