Faiq Ağayev sevdiyi şəxsi hamıya göstərəcək

Faiq Ağayev sevdiyi şəxsi hamıya göstərəcək
5774 dəfə oxunub
  • A-
  • A
  • A+
“Konsertimdə sevdiyim adamı görəcəksiniz”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Faiq Ağayev “Hər şey daxil” verilişində deyib.

Müğənni qəlbinin boş olmadığını söyləyib:

“Artıq 45 yaşım olur, nəhayət ki, dekabrın 29-da, konsertimdə sevdiyim adamla - könlümün yarı ilə tanış olacaqsız. Bilərəkdən bu xəbəri indi dedim. Bu günə qədər 350-yə yaxın mahnı oxumuşam. Demək olar ki, bunların hamısı sevgi barəsindəndi”.

F.Ağayev dekabrın 29-da və 30-da Heydər Əliyev Sarayında baş tutacaq konsertindən də söz açıb:

“Konsertdə 23 mahnı oxuyacam. Onlardan səkkizi yenidir. Çox maraqlı bir səhnə dekoru olacaq. Azərbaycanda heç bir həmkarım elə bir dekor etməyib”.