"Yüksek sosyete"nin finalı ilə bağlı rəsmi açıqlama

"Yüksek sosyete"nin finalı ilə bağlı rəsmi açıqlama
7717 dəfə oxunub
  • A-
  • A
  • A+

Final edəcəyi deyilən "Yüksek sosyete" serialını çəkən şirkət açıqlama verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Bi Yapım" serialın reytinqlərdə gerilədiyi üçün bitdiyi və finalın erkən olması barədə iddiaları qəbul etməyib:

"...Serialımız xarici layihə olduğu üçün müəlliflik hüquqları alınıb və 26 seriya olacağı əvvəlcədən dəqiqləşdirilib. Serial başlamadan bu barədə telekanal və ssenari müəllifi ilə görüşərək razılıq əldə olunub.

Bunu xüsusi ilə bildirmək istəyirik ki, başqa bir şirkətin serialının daha dəyərli olması səbəbi ilə "Yüksek sosyete"nin günü dəyişdirilməyib. Bu gün dəyişikliyi də, prodüser və telekanal arasında razılaşdırılıb. "Bi Yapım"ın icazə olmadan onun layihələrinin yayım gününü, saatını və finalını heç kim dəyişdirə bilməz.

Bildiyiniz kimi, hər serialın ilk seriyası olduğu kimi, finalı da olmalıdır. Biz çəkilişlərə başladığımız ilk gündən çəkəcəyimiz son seriyaya qədər serialın hər kadrından razı qaldığımızı və arxasında olduğumuzu böyük bir sevinclə bildirmək istəyirik..."