Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
2253 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada arabir güclü cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi xeyli aşağı 775 mm civə sütunundan 762 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 85-95 %, gündüz 65-70 % təşkil edəcək.

Gecə və səhər yollar buz bağlayacaq.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında arabir güclü cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın minimal temperaturu 2-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişsizdir. Dekabrın 10-da isə meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişsizdir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Bəzi yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.