Kamranın maraqlı hobbisi - foto

Kamranın maraqlı hobbisi -  foto
816 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Kamran Ağabalayev hobbisindən danışıb.

Axşam.az-ın məlumatına görə, aktyor “nargismagazine.az”a açıqlamasında pul qabı yığdığını deyib:

“Kolleksiyamda 40-dan çox pulqabı var. Bu hobbi məndə məktəb illərindən başlayıb. Pulu cibimdə gəzdirməyi heç vaxt sevməmişəm. Uşaq yaşımda artıq mənim pulqabım var idi. İlk pulqabını İrandan almışdım. Aksesuarları çox xoşlayıram. Xaricə gedən dostlarım qayıdanda mənə hər zaman nə gətirəcəklərini bilirlər. Kolleksiyamda ən çox “Stefano Ricci” brendinin məhsulu var. Bunları dostlarım bağışlayıb. Dəvəquşu dərisindən hazırlanan pulqabım var ki, bu mənim ən uğurlu seçimimdir”.