Bəhram Bağırzadə efirdə ağladı - video

Bəhram Bağırzadə efirdə ağladı -  video
1888 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan əməkdar artist Bəhram Bağırzadə göz yaşlarını saxlaya bilməyib.

Axşam.az-ın məlumatına görə, verilişdə “Bakılı oğlanlar” komandasının çıxışlarından görüntülər nümayiş olunub. Bunu izləyən aktyor oğlundan danışıb və ağlayıb:

“O səhnəni Anar Məmmədxanov düşünmüşdü, onun həyatı idi. Onun fikrlərini mən səsləndirirdim. Orada təkcə “Ay Allah, sənə qurban olum”u özümdən əlavə etmişdim. Düşündüm ki, sonuncu aktyoram o mətni deyirəm. Məndən sonra KVN bağlanır. Artıq Moskvada heç vaxt çıxış etməyəcəyik. Bildirmək istəyirdim ki, mən müsəlmanam. Orada rus dilində danışırdım. Amma öz ana dilimdə də sözlərdən istifadə etdim. Allah atama rəhmət eləsin, anama can sağlığı versin. Oturub orada baxırdılar. Bəlkə də sevinirdilər ki, onların zəhmətini yerə vurmadım. İstərəm ki, gələcəkdə mən də o hisləri keçirim. Oğlum o hislərimi qaytara bilsin”.