Daha bir məşhur cütlük gözlənilmədən boşanır

Daha bir məşhur cütlük gözlənilmədən boşanır
4077 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Corc Kluni və vəkil Amal Kluni boşanır.

Axşam.az-ın məlumatına görə, Qərb mediası artıq bu barədə bir neçə iddia irəli sürüb. Hətta Kluni ailəsi birgə yaşadıqları dövrdə qazandıqları 300 milyon dolları da bölməyə razılaşıblar. Boşanmaya səbəb amillərdən biri C.Kluninin uşaq istəməməsidir. Amal isə bunun əksinədir.

Cütlüyün yaxınları bildirir ki, onlar hazırda yol ayrıcındadırlar. Evləndikdən sonra fərqli dünyaların insanları olduğunu başa düşən Corc və Amal qarşıdakı günlərdə son qərarlarını verəcəklər. C.Kluninin dostları da bu evliliyin bitməsinin tərəfdarıdırlar. Onlar ailə qurduqdan sonra Amalın tamamilə başqa bir qadına çevrildiyini deyirlər.

Hələ ki tərəflər yayılan xəbərlərə heç bir reaksiya bildirməyiblər.

Qeyd edək ki, onlar 2014-cü ilin sentyabrında evləniblər.