Səyahətə çıxarkən bunları nəzərə alın -

Səyahətə çıxarkən bunları nəzərə alın -
1868 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın turizm təhlükəsizliyi ilə bağlı yeni xəritə hazırlanıb.

Axşam.az-ın "International SOS" agentliyinə istinadən məlumatına görə, aparılan sorğu nəticəsində məlum olub ki, turistlərin səyahətə gedərkən bunları nəzərə alırlar:

1. Terror hücumları - 71%;

2. Zika virusuna yoluxma riski - 49%;

3. Vətəndaş müharibəsi - 46%;

4. Yol qəzaları və tibbi yardımın aşağı səviyyəsi - 15% insanı narahat edir.

2017-ci ilə hazırlanan xəritədə ən təhlükəli ölkələrin siyahısına (qırmızı rəngdə) Əfqanıstan, Burkina-Faso, Haiti, Qayana, Qvineya Respublikası, İrak, Yəmən, Liviya, Niger, Şimali Koreya, Suriya, Somali, Syerra-Leone, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan daxil edilib.

Ukrayna da daxil olmaqla Şərqi Avropada vəziyyət normal qiymətləndirilib (sarı rəng); yeganə qeyri-sabit  ərazi Kosovodur.

Azərbaycan, Rusiya, Keniya, bir sıra Asiya və Cənubi Amerika ölkələri bənövşəyi rənglə qeyd olunub: xəritə tərtibatçılarının fikrincə bu ölkələrdə təhlükəsizlik və səhiyyə xidmətinin səviyyəsi regiondan asılı olaraq dəyişir.

Təhlükəsizlik məsələləri ən yüksək səviyyədə (yaşıl rəng) ABŞ, Kanada, Avstraliya, CAR, Yaponiya və Qərbi Avropada təmin olunub.