Ancelina Coli Bred Pittdən xahiş etdi

Ancelina Coli Bred Pittdən xahiş etdi
2377 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ancelina Coli boşandığı həyat yoldaşı aktyor Bred Pittə məktub göndərib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, jurnalistlər Bredin vəkilindən Colinin aktyora yazdığı məktubu əldə ediblər.

Məktubda Ancelina Pittdən uşaqlara psixoloq tapmaqda kömək etməsini xahiş edir.

Qeyd edək ki, cütlüyün ayrılması övladlarına pis təsir edib. Artıq iki aydır ki, ailə ilə psixoloqlar məşğul olurlar. Amma, görünür, Ancelina daha təcrübəli psixoloqlar axtarır. 

Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib.