"Rindi-Şeyda" yenidən təqdim olunacaq

"Rindi-Şeyda" yenidən təqdim olunacaq
328 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət “Yuğ” Teatrı mövsümün yeni tamaşası olan “Rindi-Şeyda”nı yenidən teatrsevərlərə təqdim edəcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, dekabrın 13-də nümayiş olunacaq səhnə əsəri Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında səhnələşdirilib. Tamaşa teatrın baş rejissoru Gümrah Ömərin quruluşunda təqdim olunacaq.

Janrı səmavi eşq ayini kimi təyin olunan səhnə əsərində rolları teatrın aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov ifa edəcək. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunan tamaşada Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlının poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.

Səhnə əsərində rəsmlərin quruluşu teatrın baş rəssamı Rəşid Şərifə, musiqi tərtibatı isə Amid Qasımova məxsusdur.