“Yuğ” Teatrında monotamaşa

“Yuğ” Teatrında monotamaşa
207 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 21-də Azərbaycan Dövlət “Yuğ” Teatrı “Audiensiya” adlı tamaşasını təqdim edəcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, tamaşa Əməkdar Artist Vaqif İbrahimoğlunun quruluşunda təqdim olunacaq.

Monotamaşada Əməkdar Artist, “Qızıl Dərviş” mükafatı laureatı Fərhad İsrafilov çıxış edəcək.

Böyüklər və uşaqlar üçün nəzərdə tutulan səhnə əsəri sənət ocağının Yeni il qabağı tamaşaçılara hədiyyəsidir.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq tamaşa dekabrın 29-da təkrar teatrsevərlərin görüşünə gələcək.