"Aygün və Röyadan sonra mənəm" - Günay

"Aygün və Röyadan sonra mənəm" -  Günay
9212 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günay İbrahimli Lent.az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:
 
- Şou-biznesin hazırkı durumu barədə nə deyə bilərsiniz?

- Hazırda şou-biznesdə durğunluq var. Əvvəl jurnalistlər mənə deyirdilər ki, görünmürsən. İndi bu deyimin tək mənə adiyyatı yoxdur. Ümumi şou-biznesdə sakitlikdi. Məncə, artıq hər şey tamaşaçıya maraqsız olub. İnsanları təəccübləndirmək çətinləşib. Bu məsələdə “İnstagram”ın da rolu var. Nəsə təqdim etmək istəyəndə orda təqdim edirik. Məncə, belə olmamalıdır. Jurnalistin jurnalist, müğənninin müğənni işi var. Əvvəllər təqdimatlar olurdu. İndi onlar da yoxdur. Bütövlükdə dünyada proseslər dəyişdiyinə görə, hər şey də çətinləşib. Böhran var.
 
- Bir müğənninin tanınması üçün nə lazımdır?
 
- Müğənninin tanınması üçün lazım olan bütün sirləri bilirəm. İlk öncə Allahdan şansın olmalıdır. Bu şans olmadısa, nə qədər özünü reklam edirsənsə, alınmayacaq. Müğənninin diplomu, adı onun mahnılarıdır. Kimsəni təqlid etməməlisən. Biz də gələ-gələ kimlərdənsə öyrənirik. Amma ən əsası özünü tapmalısan. Stilin, janrın olmalıdır. Necə ki, Merilin Manro öz stilini tutmuşdu.
 
- Günay İbrahimlinin tanınmasında əsas rolu nə oynadı?
 
- Açıq deyəcəm, tanınmaq üçün lazım olan o şans, “fişka” məndə var. Bunu sənətə başlayanda yox, zamanla bilmişəm. Belə deyək, səhv bir addım atmışam, amma bu anti-reklam mənə uğur qazandırıb. Amma tanınmağımda əsas rolu mahnı seçimlərim oynayıb.
 
- Bir çoxları iddia edir ki, şou-biznesdə Aygün və Röyadan sonra gələn, ulduz olacaq müğənni yoxdu...
 
- Elə deyirlər? Məndən sonra da kimsə gələcək. Mütləq olacaq. Həyatda heç nə, heç kim əbədi deyil. Hər aşiqin bir dövranı var. Bu deyim düzdü. İndi deyirlər ki, filan müğənninin dövrü getdi. Bu sözü heç sevmirəm.
 
- “Aygün və Röyadan sonra Günay gəldi” deyə bilərikmi ?
 
- Onu mən yox, tamaşaçılar deyə bilər. Sırayla getsək, Aygün və Röyadan sonra özümü görürəm. Öz yaşıdlarım içindən mahnı və səs baxımından özümə rəqib görmürəm.
 
- Şou aləmində olan qalmaqallara münasibətiniz necədir?
 
- Mənim də qalmaqallarım olub. Hətta efirdə də olub. Amma bu qalmaqallar süni qalmaqal olmayıb. Özün istəmədən də qalmaqala düşürsən.
 
- Özünüz istəmədən hansı qalmaqala düşmüsünüz?
 
- Belə deyək, də prodüser davaları olub. Olub ki, mənə söz atıblar.
 
- Bu sahədə baş çıxartmaq üçün necə olmaq lazımdı?
 
- Gərək sakit olmayasan. Sənə bir söz dedilər, gərək beş də cavab verəsən. Mən bir az bu sahədən uzaqlaşmışam. Yəni şouda olan adamlara oturub, durmuram. Sadəcə, hamıyla kənardan əlaqə saxlayıram. Mənə əvvəl deyirdilər ki, sən necə adamsan kli, ətrafında dostun yoxdu? Sonra mən başladım hamıyla dostluq etməyə.
 
- Şou-biznesdə güvəndiyiniz dostunuz varmı?
 
- Şou-biznesdə güvəndiyim dostum yoxdur. Heç kimlə dostluq etmirəm. Dostlarım var, amma bu sahədən deyil.
 
- Bir müddət öncə sevgilinizlə bağlı açıqlama açıqlama vermişdiniz. İndi soruşurlar ki, toy nə vaxtdır?
 
- Şəxsi həyatım barədə ətraflı danışmaq istəmirəm. Amma onu deyə bilərəm ki, hələ toy eləmək fikrimiz yoxdur.
 
- Türkiyə şou-biznesinə qoşulmaq fikriniz varmı?
 
- Etiraf edim ki, bu, sevmədiyim suallardandır. Türkiyə şou-biznesinə qatılmaq fikrim yoxdur. Türkiyə şou-biznesinə qatılanlar mənə çatmır. Mən, sadəcə, Türkiyədə klip çəkdirə bilərəm. Türkiyədə hansısa bəstəkardan mahnı ala bilərəm. Hamısı Azərbaycan üçün. Türkiyə şou-biznesi üçün milyonlar yatırmağa dəyməz.
 
- Küsülü olduğunuz həmkarınız varmı?
 
- Bəli var, amma adlarını açıqlamayacam.
 
- Küsdüyünüz elə bir adam var ki, onunla heç vaxt barışmazsız?
 
- Belə bir deyim var ki, heç vaxt "heç vaxt" demə. Ona görə də hər şeyi zamanın axarına buraxmışam.
 
- İmiciniz üzərində kim işləyir?
 
- Deyərdim ki, şəhərdəki 80% stilistlərlə işləmişəm. Hərəsinin də öz tərzi var. Məncə, müğənninin öz zövqü də olmalıdır. Fotosessiyalar olur, stilist Anar Ağakişiyevlə işləyirəm. Bu yaxınlarda yeni imicdə
görüləcəm. Yeni imicimi də Anar edəcək.
 
- Bir stilistlə (Elnur Həsənov - red.) qalmaqal yaşamısınız.
 
- Bəli, o, tək stilist deyildi, həm də dostum idi. Bu haqda heç danışmaq istəmirəm. Mənə maraqlı da deyil. Barışmaq fikrim də yoxdur. Bu insanla heç vaxt barışmayacam. Bax buna heç vaxt deyirəm.
 
- Şou aləmində yolunu bağlayan olubmu?
 
- O qədər... İndi də var. Ruzini verən Allahdır. Əvvəl belə şeylərə əsəbiləşirdim. İndi reaksiya vermirəm.