"Aida" operası Opera və Balet Teatrının səhnəsində

"Aida" operası Opera və Balet Teatrının səhnəsində
228 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik opera sənətinin ən dəyərli nümunələrindən biri - Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, tamaşada əsas partiyalardan birini - Aida partiyasını ilk dəfə teatrın aparıcı solisti - əməkdar artist, Azərbaycan Prezidenti mükafatçısı Afaq Abbasova ifa edəcək.
 
Amneris rolunda gənc solist Nina Makarova, Misir şahı partiyasında xalq artisti Əli Əsgərov, ramfis partiyasında əməkdar artist Əkrəm Poladov, Kahin qadın rolunda əməkdar artist Gülnaz İsmayılova çıxış edəcəklər.

Tamaşada iştirak etmək üçün Gürcüstanlı vokalçılar - Gürcüstanın xalq artisti və Dövlət Mükafatı laureatı, professor Teymuraz Ququşvili (Radames) və əməkdar artist Sulxan Qvelesiani (Amonasro) da dəvət olunublar. Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.