“Qara bağ” filmi Qırğızıstanda

“Qara bağ” filmi Qırğızıstanda
306 dəfə oxunub
  • A-
  • A
  • A+
 “Qara bağ” bədii filmi VI “Qırğızıstan - Qısametrajlı Filmlər Ölkəsi” Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunub.

“Azərbaycanfilm” kinostudiyasından Axşam.az-a verilən məlumata görə, dekabrın 12-15-də Bişkek şəhərində keçirilən festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev iştirak edib.
Film S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) məzunu olan Amil Məmiyevin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan diplom işidir.

Qeyd olunub ki, “Qara bağ” qısametrajlı bədii filmi “40-cı paraleldə” kinoalmanaxına daxildir.
Filmin quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırıblar.