Azərbaycanlı sirk artisti: “İlk şagirdim həyat yoldaşım olub” - fotolar Azərbaycanlı sirk artisti: “İlk şagirdim həyat yoldaşım olub” - fotolar

 
  19.12.16   17:28                                                                                                                                         a -   A + Müsahibə

Rusiya Dövlət Sirkinin azərbaycanlı əməkdaşı, heyvan təlimçisi Ələkbər Nəsirov "Report"a  müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Sirk ustası, artisti və ya heyvan təlimçisi olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?

- Heyvan təlimi özəl bir peşə növüdür. Heyvan təlimçisi olmaq üçün bu işi dəlicəsinə sevməlisən, bu peşəyə bağlı qalmalısan. Çünki bu peşə səbr tələb edir. İstənilən heyvana hörmətlə yanaşmaq lazımdır. Əgər heyvanı sevmədin və başa düşmədinsə, bu işlə məşğul ola bilməzsən.

- Bu sənətə gəlməyinizə nə səbəb olub, necə maraq yaranıb? Neçə ildir bu peşə ilə məşğul olursunuz?

- Qardaşım uzun müddət Bakı Dövlət Sirkində cigit (at üzərində akrobatik hərəkətlər edən şəxs) işləyib. Mən də 9 yaşından bu işlə məşğul olmağa başlamışam, ilk dəfə 1992-ci ildə Bakı Dövlət Sirkinə gəlmişəm. 17 il cigitlik etmişəm, bu illər ərzində sırf atlarla işləmişəm. Sonra aldığım travmalara görə bu sahədən uzaqlaşmalı oldum və heyvan təlimçiliyi ilə məşğul olmağa başladım.
Tamaşa vaxtı da, adi vaxtlarda da zədə almaq mümkündür. İş vaxtı çox ciddi travmalarım olmayıb. Travmaları heyvanların gözləmədiyin hərəkəti etməsi nəticəsində ala bilərsən. Heyvanlar müəyyən yaşdan sonra öz xarakterini göstərməyə başlayır. Bəzi heyvanlar 5 yaşa kimi yetkinlik dövrünə çatırlar. Həmin dövrdə heyvanla bir az daha yumşaq rəftar eləmək lazımdır. Yetkinlik dövrünə çatan heyvanı həm çərçivədən çıxmağa qoymaq olmaz, həm də çox incitmək lazım deyil. Heyvanla mülayim davranmaq lazımdır. Məşqlər isə davamlı aparılmalıdır.

- Hazırda hansı heyvanlarla işləyirsiniz?

- Hər bir heyvanı başa düşürəm. Hazırda 13 heyvanla işləyirəm: Poni, öküz, dəvə və başqa heyvanlar... Tibet yakları - vəhşi dağ öküzləri ilə işləyən yeganə azərbaycanlıyam.

- Heyvanları neçə yaşından götürürsünüz və necə əhliləşdirirsiniz?

- Heyvanın götürülməsi və əhliləşdirilməsi onun növündən asılıdır. Məsələn, mən qoçları 6 ayından götürürəm, 6 aya kimi ana südü əmərək bərkiyir. Dəvələri isə bir yaşına kimi anasından ayırmaq olmaz. Süddən kəsiləndən sonra götürüb yavaş-yavaş öyrətmək olar. Çünki dəvələri gec götürəndə öyrətmək çətindir. Necə ki, yetişkən insanın psixologiyası, xarakteri sınmır, heyvanda da elədir. Əgər formalaşıbsa, artıq çətin olur. Heyvanı müəyyən yemlərlə, işarələrlə hansısa təlimə cəlb etmək olur. Onda heyvan hərəkəti edərkən nə demək istədiyini artıq bilir.

- Sirk artisti olmaq istəyənlər üçün xüsusi məktəb varmı?

- Dünyada cəmi iki sirk məktəbi var. Onlardan biri Rusiyadadır. Orada sənəti nəzəri cəhətdən öyrədirlər. Amma bu sənətin əsasını praktika təşkil edir. Sirk artistləri sənəti məktəbdə yox, praktikada öyrənir. Ola bilsin kimsə öz təcrübəsindən kitab yaza bilər, amma həmin adam heyvanlara necə təlim keçib öyrədibsə, sən də elə etməlisən deyə bir şey yoxdur. Təlimçi özü necə hiss edirsə, ürəyində necə hissiyat varsa, həmin üsulla da öyrətməlidir. Hər təlimçinin özünün fərdi yanaşması var. Bu səbəbdən də sirk artisliyi ənənəvi sənət sayılır. Yəni nəsildən-nəsilə keçən sənətdir, bu adamlar sirkin fanatikləridir. Sirkin havası ilə nəfəs alan insanlardır.

- Şagirdləriniz varmı?

- Təlimçilərin çoxu heyvan baxıcılığından sənətə gəlir. Bu gün də heyvana baxan köməkçilərimizin hər biri bir şagirddir. Mən sirk ustası olaraq heyvanı başa düşməyəndə onun baxıcısını çağırıram, ya da zəng edib soruşuram. Çünki o, baxdığı heyvanı bizdən daha yaxşı tanıyır. Elə mənim özüm də əvvəlcə heyvanlara qulluq etməklə bu sənətə başlamışam.
Mənim ilk şagirdim həyat yoldaşım olub. O, xoreoqrafiya ilə məşğul olub, heç vaxt heyvanla işləməyib. Artıq 3-4 ildir itlərlə işləyir. Əvvəllər ona təlim keçməyi mən başa salırdımsa, indi artıq özü tək heyvan götürüb təlim keçir. Hazırda həyat yoldaşım səhnədə itlərlə tryuk göstərir, mənim səhnə nümayişimdə isə balet kimi iştirak edir.

- Başqa hansı azərbaycanlı heyvan təlimçilərini tanıyırsınız?

- Dünyada begamotlarla işləyən yeganə təlimçi Tofiq Axundov azərbaycanlıdır. Rusiyanın əməkdar artisti Erik İsrafilovun dəvələrlə unikal nömrəsi var. Rusiyanın əməkdar artisti Murad Abdullayev meymunlarla, ağ Kanada canavarları (canavara oxşayan itlər), ayılarlarla, Kamal Cəbrayılov meymunlarla gözəl nömrələr göstərir.

- Təltif olunan sirk artistlərimiz olubmu?

- Festivallarda gümüş, qızıl qazanan azərbaycanlı sirk ustaları çoxdur.

- Hansı ölkələrə səfərləriniz olur?

- Əsasən Rusiyada çıxış edirəm. Dünyanın bir çox ölkələrində olmuşuq. Bu yay Krımda, Sevastopol, Simferopolda olduq.

- Getdiyiniz ölkələrdə ən çox nə qədər qalırsınız?

- Bir şəhərdə çox qala bilmirik, səfərlərimiz maksimum bir ay, bir ay yarım çəkir. Çox az ölkələrə uzunmüddətli səfərimiz ola bilər. Onun da səbəbi həmin ölkələrdə hər gün çıxışların olmamasıdır, bəzən yalnız həftə sonları sirk olur. Ona görə də qalma müddətimiz uzanır.

- Heyvanlar bir ölkədən digərinə gedəndə nə ilə daşınır?

- Mənim şəxsi maşınlarım var. Bu maşınlar heyvanlar üçün lazım olan xüsusi avadanlıqlarla təchiz olunub, heyvanları həmin maşınlarla daşıyırıq. Heyvan baxıcıları yolda onlara nəzarət edir, yeməklərini verir. Heyvan baxıcıları demək olar 24 saat baxdıqları heyvanla olurlar. Maşınlarla getmək ehtimalı olmayan uzaq məsafələrə səyahətimiz olanda təyyarələrlə gedirik. Hazırda heyvanlar üçün lazım olan xüsusi avadanlıqlarla təchiz olunmuş xüsusi təyyarələr var. Bəzən gəmilərlə də getməli oluruq. Sirkin bir yerdən başqa yerə köçməsi çox böyük və çətin bir prosesdir.

- Yerlərini dəyişəndə və ya yol gedəndə heyvanlarda hansısa narahatlıq olurmu?

- Heyvanların birinci dəfə yola çıxanda stress keçirməsi, yorulması mümkündür. Amma bir neçə il işləyəndən sonra onun üçün uzun yol getmək adi hala çevrilir. Artıq heyvan şəhərdə çox qala bilməyin mümkün olmadığını, mütləq getməyin zəruri olduğunu başa düşür.

- Heyvanların qidalanma rejimi necə olur?

- Heyvanların hər birinin yemlənməsi üçün xüsusi normativ kitab var. Yemlənmə sistemlə aparılır. İnsanlar pələnglərdən danışanda onların yalnız ət yediklərini hesab edirlər. Amma bu, belə deyil. Məsələn, ayının qidalanma rasionuna daxil olan yeməklər hamını təəcübləndirər. Ona təmiz bal, meyvələr və s. verilir. Heyvanlar yeməyə çox həssasdırlar. Əgər qida yaxşı deyilsə, onu yemirlər. Heyvanların qidalanma rejimi tamaşanın, məşqin olub-olmamasından asılıdır. Eyni növ heyvanın yaşı ilə əlaqədar da yeməklərində dəyişiklik olur.

- Heyvanlar səhnədə çıxışları zamanı onlara qida verirlər? Hansı qidalar olur? Bunun səbəbi nədir?

- Bu, sanki mükafatdır, heyvanlar səhnədə onlara verilən tapşırıqları yerinə yetirdikdən sonra ona qida verəndə tapşırığını yaxşı yerinə yetirdiyini başa düşür. Hər heyvana xüsusi yanaşma tərzi var. Bəzən olur ki, tapşırığı doğru etmirlər, onda onlara cəzalandırmaq üçün yemək vermirik. Artıq onlar tapşırığı yaxşı etmədiklərini anlayırlar. Səhnədə elə qida olmalıdır ki, çox yer tutmasın, təlimçiyə maneə olmasın. Adətən, səhnədə tamaşa vaxtı heyvanlara qənd, kök, peçenye veririk.

- Məşq və tamaşada heyvanların özünü aparmalarında fərq varmı?

- Heyvanlar məşqdə və ya tamaşada olduqlarını hiss edirlər. Onların məşqdə və əsl səhnədə olan hərəkətləri çox fərqlənir. Bəzən məşqdə şıltaqlıq edirlər, amma tamaşaçını, işıq və effektləri görəndə sanki məşqdə olan heyvan deyil. Özlərini tamam fərqli aparırlar.

- Səhnədə tamaşa zamanı hansısa heyvan gözlədiyinizdən fərqli hərəkət edibmi?

- Səhnədə hər şey ola bilər. Təlimçi heyvanın səhnəyə daxil olmasından tapşırığı necə yerinə yetirəcəyini başa düşür. Səhnədə hər şeyə hazır olmaq lazımdır.
Təbii ki, bəzən gözlənilməz hallar olur. Necə ki, insanlarda nasaz vəziyyətlər olur, heyvanların da sağlamlığı ilə bağlı problem ola bilər. Ayağı, qarnı, başı və ya hansısa orqanı ağrıyır, zədələnir. Bəzən hava ona pis təsir edir. İlin müəyyən fəsillərində heyvanlarda oyanıqlıq olur. Məsələn, yaz fəslində müəyyən qədər əvvəlki sakit halından çıxır, qızğın, aqressiv olur, əvvəlki kimi sözə baxmırlar.

- Səhnələri özünüz tərtib edirsiniz, yoxsa kimləsə məsləhətləşirsiniz?

- Səhnələri özümüz tərtib edirik. Bəzən heyvan özü sənə nəsə ideya verir. Bu onun özünün xoşuna gələndə nəsə olur və sən bu hərəkəti təkmilləşdirirsən və yeni, planda olmayan, maraqlı bir tryuk yaranır.

- Sirkdə heyvanlar harada saxlanılır?

- Heyvanlar sirkin özündə saxlanılır. Sirkdə hər heyvanı saxlamaq üçün xüsusi yerlər var. Məsələn, yırtıcıları saxlamaq üçün ayrı, otyeyən heyvanlar, meymunlar üçün fərqli yerlər olur.

- Sirkin fon musiqiləri necə tənzimlənir? Özünüz seçirsiniz, yoxsa işin peşəkarına müraciət edirsiniz?

- Bir nömrənin tam halda ərsəyə gəlməsi üçün hamının orda əməyi olmalıdır. Sirk artisti hər şeyə maraq göstərməlidir: geyimə, musiqiyə, heyvanların geyiminə, nömrələrə və s. Musiqiyə gəlincə, özümüz də seçirik, rejissorlara da müraciət edirik. Rejissora müraciət etməsək olmur.

- Bəs geyimlər necə tənzimlənir?

- Bu sahə üzrə məşğul olan xüsusi dərzilərə müraciət edirik. Tryuku, rolları izah edirik, onlara uyğun geyimlər hazırlanır. Hətta heyvan baxıcılarına da xüsusi geyimlər hazırlanır. Çünki onlar səhnəyə çıxanda hamısının üzərində eyni geyim olmalıdır.

- Bütün bunların xərcini kim qarşılayır?

- Nömrəni kim hazırlayırsa, o da xərcləri üzərinə götürür.

- Xatırladığınız hansısa bir maraqlı əhvalatı bizimlə bölüşə bilərsiniz?

- Sirkdə hər gün maraqlı hadisə olur. Məsələn, bir dəfə Rusiyanın Kalininqrad şəhərində olanda bir tamaşaçı bizə yaxınlaşaraq itinin bizim sirkdə iştirak etməsini istədiyini bildirərək heyvanı bizə bağışladı. İndi itlərlə olan səhnələrdə böyük itlərdən sonra qəfildən balaca itin səhnəyə çıxması tamaşaçılarda gülüş yaratdı. Biz onu planlı etməmişdik, təsadüfi oldu. Hazırda itlərlə olan səhnə ən maraqlı nömrələrdəndir.

 
 
 
 
 
Facebook   Twitter   MySpace   Google         1656 dəfə baxılıb
 
 
 

Burak Özçivit şəxsi həyatından danışdı: Burak Özçivit şəxsi həyatından danışdı: "Evlilik təklif edəndə..."
...
14.02.17
"Ona 6 dəfə evlilik təklifi etdim" - Kənan Doğulu
...
12.02.17
"Mənsum hərbiyə getməmək üçün bacısının evində gizlənirdi" - xalq artisti+video
...
07.02.17
"Müğənnilərlə isti münasibətim davam edir" - Telman İsmayılovla müsahibə
...
07.02.17
Trampın andiçməsinə qatılan azərbaycanlı xanım: Trampın andiçməsinə qatılan azərbaycanlı xanım: "Məni şəxsən dəvət etdi"
...
02.02.17
"Eminin sürprizi məni ağlatdı" - Araz Ağalarovun xanımı
...
01.02.17
"Sevdiyim xanım var idi, amma..." - Hacı Nuran+müsahibə
...
31.01.17
"ANS-də hamilə olduğumu bilə-bilə mənə elə əsəb yaşatdılar ki..." - Aytən Səfərova+müsahibə
...
31.01.17
“Yeddi oğul istərəm”in Cəlalı: “Yeddi oğul istərəm”in Cəlalı: "Axı kimə maraqlıdır mənim səhhətim?!"
...
27.01.17
"Siqaret və alkoqoldan istifadə etmirəm" - Brilliant+fotolar
...
25.01.17
"Çingiz Mustafayevlə 4 il nişanlı qaldıq" - Lütfəli Abdullayevin qızı
...
24.01.17
“60 yaşında Məcnun, 55 yaşında Leyli ola bilməz” - müsahibə “60 yaşında Məcnun, 55 yaşında Leyli ola bilməz” - müsahibə
...
17.01.17
"Səməd və Firuzə şou-proqramda 50 manata oxuyur" - Əli Mirəliyev
...
12.01.17
2016-cı ilin ən yaddaqalan məqamları, seçilənləri və qalmaqalları - 2016-cı ilin ən yaddaqalan məqamları, seçilənləri və qalmaqalları - "Maqazin klubu"
...
30.12.16
"Aygün və Röyadan sonra mənəm" - Günay
...
14.12.16
 
 
 
 
Xəbər lenti